Türkiyənin Muş vilayətində qardaş ölkənin cümhuriyyət bayramı münasibəti ilə beynəlxalq muay tay görüşləri keçirilib. Yarışa Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 150 idmançı qatılıb.
Ölkəmizi yarışda məşqçilər Namiq Musayev və Elvin Qoçəliyevin rəhbərliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının 25 idmançısı təmsil edib. Təmsilçilərimizdən 13-ü birinci, 11-i ikinci, 1-i isə üçüncü yerin sahibi kimi mükafatçılar sırasına düşüb.
Turnirin ən reytinqli görüşləri hesab olunan kəmər qarşılaşmalarında Ravil Alməmmədov (69 kq) və Hüseyn Həsənov (63.5kq) qalib gəlməklə baş mükafata sahib çıxıblar. Əsgər Heydərov, Ramazan Babayev, Tural Səfərli, Amin Nəcəfov, Əbülfəz Cəfərov, Həsən İsmayılov, Polad Həsənli, Rəhim Quluzadə, Oğuz Cavadlı, Murad Məmmədli və Uğur Məmmədli müvafiq çəki kateqoriyalarında birinci olublar.
Yer tutan idmançılara kubok, medal, əsas döyüşlərin qaliblərinə isə kəmər təqdim olunub.